Braziliya milli komandasının futbolçusu, məşqçisi və koordinatoru kimi 4 qat dünya çempionu olmuş Mario Zaqallonun vəfatından sonra ölkədə 3 günlük milli matəm elan edilib.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib.
Prezident Zaqallonun bütün zamanların "ən güclü" heyəti olaraq tanınan Braziliya Milli Komandasının məşqçisi olduğunu bildirib: "O, bütün zamanların ən yaxşı futbolçularından və məşqçilərindən biri, böyük bir qalib və Brazilyanın simvolu idi".
Xatırladaq ki, Zaqallo həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan ilk şəxs olub.
Mario Zaqallo sonuncu dəfə 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında çempionluq qazanan məşqçi Karlos Alberto Parreyranın komandasının Braziliyada koordinatoru vəzifəsində çalışıb. Pelenin ölümündən sonra Braziliya yığmasının heyətində 1958-ci ildə Dünya Kubokunu qazanan komandanın sağ qalan sonuncu üzvü oldu. 33 dəfə millinin formasını geyinən Zaqallo bütün futbol karyerasını Flamenqo və Botafoqoda keçirib.
Ay Tac

















