• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib

CƏMİYYƏT

29 Avqust 2024 | 16:17

341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib

Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabatda bildirilib.

Qeyd olunub ki, həmin intizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 341 intizam tənbeh tədbirindən 297-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə, 10-u vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 14 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026