• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

400 polis barəsində istintaq aparılır

DÜNYA

04 Aprel 2024 | 12:00

400 polis barəsində istintaq aparılır

Hazırda Almaniyada 400-dən çox polisə qarşı ifrat sağçı baxışlara malik olmaqda şübhəli bilindikləri istintaq aparılır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Stern və RTL-nin 16 ştatın daxili işlər nazirliklərindən əldə etdiyi məlumatlarla apardığı araşdırmanın nəticələrinə görə, ştatlarda vəzifə yerinə yetirən 400 polis məmurunun ifrat sağçı və ya cinayətkar olması şübhəsi ilə istintaqa cəlb edildiyi və intizam istintaqına məruz qaldığı bildirilib.

Araşdırmada 4 əyalətdən - Berlin, Meklenburq-Qərbi Pomeraniya, Bremen və Türingiyadan -mövcud rəqəmlər olmadığı üçün sözügedən rəqəmin daha çox ola biləcəyi qeyd edilib.

Bu barədə ölkənin ən sıx məskunlaşdığı Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Reul tədqiqatçılara məlumat verib: “Konstitusiya əsasında fəaliyyət göstərməyən, ekstremist fikirlər yürüdən polis əməkdaşları demokratiya və qanunun aliliyi üçün böyük təhlükədir”.

Almaniya Bundestaqının federal polis komissarı Uli Qrötç böyük təhlükə potensialı gördüyünü bildirib: "Biz sağçı ekstremistlərin bilərəkdən polisdə sabitliyi pozmağa çalışdığı bir dövrdə yaşayırıq. Təhlükə həmişəkindən daha böyükdür. Bu, bütün ölkəyə aiddir, həmçinin polisə də aiddir".

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026