• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

5 ölkə yeni regional tərəfdaşlıq təşkilatı yaratdı

DÜNYA

25 Iyun 2022 | 13:20 | Müəllif: Subhan Mahmudov

5 ölkə yeni regional tərəfdaşlıq təşkilatı yaratdı

ABŞ, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Böyük Britaniya "Sakit Okeandakı Tərəfdaşlar" (Partners in the Blue Pacific) adlı yeni regional tərəfdaşlıq təşkilatı yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Ev qeyri-rəsmi olan regional təşkilatın artıq işə başladığı barədə bəyanat yayıb.

“Təşkilatın köməyi ilə Avstraliya, Yaponiya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın Sakit okeandakı rifahı, möhkəmliyi və təhlükəsizliyi güclü şəkildə təmin olunacaq və daha sıx əməkdaşlıq yolu ilə kollektiv gücdən istifadə ediləcək”, - bəyanatda bildirilir.

Qeyd edilib ki, yeni təşkilat azad və açıq beynəlxalq nizama təzyiqin artması fonunda formalaşır.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026