Keçən il Bakıda şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilmişdir.






jpg-1708082835.webp)



jpg-1708081013.webp)





