• Bakı 18° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı - AÇIQLAMA

GÜNDƏM

14 Aprel 2021 | 11:14

"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı - AÇIQLAMA

Paytaxtın Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

Bakı şəhər İcra Hakimiyyətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılmasının məqsədəuyğun olacaq.

Qeyd edilib ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026