ABŞ Maliyyə Nazirliyi maliyyə texnologiyaları, kriptovalyuta və ofşor əməliyyatları ilə bağlı İrandan olan 11 şirkət və 7 fiziki şəxsə sanksiya tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Departament qeyd edib ki, İranın “Fanap” texnologiya holdinqinə bağlı strukturlara yeni məhdudiyyətlər qoyulub. Onların arasında "Cyrus Offshore Bank" ofşor bankı, "Pasargad Arian" şirkətləri, RUNC Exchange System, eləcə də onlarla əlaqəli bir sıra firmalar var idi.
İran şirkətləri və şəxsləri ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib. Məhdudiyyətlər çərçivəsində onların ABŞ yurisdiksiyasındakı aktivləri bloklanacaq, Amerika fiziki və hüquqi şəxsləri ilə əməkdaşlıq qadağan ediləcək.