• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ-la nüvə qarşıdurmasına hazırıq - Şimali Koreya

DÜNYA

08 Sentyabr 2024 | 23:49 | Müəllif: Subhan Mahmudov

ABŞ-la nüvə qarşıdurmasına hazırıq - Şimali Koreya

Şimali Koreya ABŞ ilə uzunmüddətli nüvə qarşıdurmasına hazırdır.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin İnformasiya departamentinin xarici mətbuat şöbəsinin rəhbəri bildirib.

“KXDR ABŞ ucbatından Koreya yarımadasında getdikcə gərginləşən vəziyyəti ciddi şəkildə nəzarətdə saxlayacaq”, - diplomat deyib.

O xatırladıb ki, ABŞ və Cənubi Koreya bu yaxınlarda Nüvə Planlaşdırılması Məsləhət Qrupu vasitəsilə simulyasiya təlimləri keçirib:

“Bunun arxasında KXDR-ə qarşı hərbi müdaxiləni daha da inkişaf etdirmək cəhdi dayanır. Məhz ABŞ Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinin hazırda əhəmiyyətli dərəcədə pisləşməsinin səbəbidir”.

Diplomat bildirilib ki, “düşmən qüvvələr”in ehtiyatsız davranışından dolayı nüvə toqquşması təhlükəsi artmaqdadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026