• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

ABŞ-nin müdafiə naziri NATO ölkələrinə çağırış etdi

DÜNYA

31 May 2025 | 09:32

ABŞ-nin müdafiə naziri NATO ölkələrinə çağırış etdi

“Avropa ölkələrinin müdafiə xərclərini artırması ABŞ-yə diqqətini onların prioriteti olan Hind-Sakit okean regionuna yönəltməyə imkan verəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

Pentaqon rəhbəri əlavə edib ki, NATO üzvləri bu alyansda bərabər şəkildə iştirak etməsələr, onu sarsılmaz ittifaq hesab etmək olmaz.

“Hesab edirik ki, bizim Avropakı NATO müttəfiqlərimiz qitədəki müqayisəli üstünlüyündən maksimum dərəcədə istifadə etməlidirlər. ABŞ prezidenti Donald Trampın sayəsində onlar alyansda iştiraklarını gücləndirirlər. Əgər müttəfiqlərimiz bu yükü bizimlə bölüşsələr, diqqətimizi prioritet müharibə teatrımız olan Hind-Sakit okean regionuna daha çox yönəldə bilərdik”.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio əmin olduğunu bildirib ki, NATO-ya üzv olan bütün ölkələr növbəti on il ərzində müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa razı olacaqlar.


SON XƏBƏRLƏR

31 May 2025