Türkiyənin Bingöl vilayətinin Kiğı rayonunda 4.4 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yerli vaxtla 12:26-da (Bakı vaxtı ilə 13:26) qeydə alınan yeraltı təkanlar yerin 7.02 km dərinliyində baş verib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.