• Bakı 23° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib - FOTO - YENİLƏNİB

SİYASƏT

02 Iyun 2025 | 15:13

İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib - FOTO - YENİLƏNİB

Prezident İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının energetika naziri Sərdar Avais Əhməd Xan Leqarini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirilib.

Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulanıb.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edilib.

Görüşdə ölkələr arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət edib.

***

12:57

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının energetika naziri Sərdar Avais Əhməd Xan Leqarini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR

03 Iyun 2025