• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“AFFA" bu futbolçuları cəzalandırdı

İDMAN

28 Dekabr 2022 | 14:02

“AFFA" bu futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu barədə Bakıvaxtı.az-a AFFA-dan bildirilib.

Məlumata görə, iclasda Premyer Liqanın XVIII turunda baş tutan “Zirə”-“Kəpəz” matçında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Gəncə klubunun oyunçularından Elçin Əlicanov və Giorgi Kantariya görüş zamanı, Mixeil Erqemlidze isə qarşılaşmadan sonra qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

İntizam Komitəsi, həmçinin, bölgə təmsilçisini 6200 manat məbləğində cərimələyib. Bu cərimənin 4800 manatı bir görüşdə 3 qırmızı vərəqə olduğu üçün kəsilib.

“Zirə”dən isə Coşqun Diniyevlə Nemanya Ancelkoviç qırmızı vərəqə aldıqları üçün 2023-cü ilin ilk oyununu buraxmalı olacaqlar. Ancelkoviçdən fərqli olaraq, Diniyevin cəzası 2 matçı əhatə edəcək. Eyni zamanda, bakılılar 2600 manat məbləğində cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, “Zirə”- “Kəpəz” oyunu 2:2 hesabı ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR