• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ağac kəsməyə görə neçə cinayət işi açılıb?

CƏMİYYƏT

01 Dekabr 2022 | 10:55

Ağac kəsməyə görə neçə cinayət işi açılıb?

Polis ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirləri davam etdirir.

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən məlumat verilib.

Məlumata görə, 2022-ci ilin ötən dövrü ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 173, balıq və başqa su heyvanlarını tutmağa görə 99, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb.

Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2433 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Bu istiqamətdə keçirilən birgə tədbirlər zamanı 10.800 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.


SON XƏBƏRLƏR