• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ağdamda 7 məktəb koronavirusa görə BAĞLANDI

CƏMİYYƏT

09 Aprel 2021 | 10:45

Ağdamda 7 məktəb koronavirusa görə BAĞLANDI

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov bildirib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb.

Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026