Ağdaşda 17 yaşlı qız itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Binələr kəndində qeydə alınıb. Kənd sakini G.İbrahimova iyulun 26-da yaşadığı evdən gedib və geri qayıtmayıb.
Onun itkin düşməsi barədə yaxınları polisə məlumat veriblər.
Hazırda yeniyetmə qızın axtarışları davam edir. /Lent.az
















