• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ növbəti Brüssel görüşündən gözləntilərini açıqladı

SİYASƏT

07 Iyun 2023 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

Aİ növbəti Brüssel görüşündən gözləntilərini açıqladı

Avropa İttifaqı (Aİ) iyulun 21-də baş tutacaq Brüssel görüşündə Azərbaycan-Ermənistan danışıqlarında bundan sonra da irəliləyiş gözləyir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, Aİ Azərbaycan və Ermənistanın mayın 14-də Brüsseldə keçiriləcək sülh danışıqlarında yenidən iştirakını müsbət qarşılayır.

"İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş bir daha onların prosesə sadiqliyini nümayiş etdirdi. Qeyd edək ki, danışıqlar və dialoq Azərbaycanla Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə üsuludur. Beləliklə, dialoqda ardıcıllıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Aİ-dən bildiriblər./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026