Almaniyada sentyabrda işsizlik avqust ayı səviyyəsində 6,3% səviyyəsində qalıb.
Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, bu barədə Federal Məşğulluq Agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniyada işsizlərin sayı sentyabrda avqust ayı ilə müqayisədə 14 min nəfər artaraq 2 milyon 980 min nəfərə çatıb. Bu rəqəm 2025-ci ilin martından dəyişməz qalıb və 2020-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir.
Analitiklər orta hesabla işsizlərin sayının 7 min artacağını və işsizliyin eyni səviyyədə qalacağını proqnozlaşdırıblar.
Gülşən Şərif