• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Almaniyanın yeni müdafiə naziri qadın olacaq

DÜNYA

06 Dekabr 2021 | 20:19 | Müəllif: Subhan Mahmudov

Almaniyanın yeni müdafiə naziri qadın olacaq

Almaniyanın yeni hökumətində müdafiə naziri postunu 56 yaşlı Kristina Lambrext tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb

Qeyd olunub ki, hazırda o, Ədliyyə Nazirliyinə, eləcə də Ailə, Ahıllar, Qadın və Gənclərlə İş Departamentinə rəhbərlik edir.

Almaniyanın yeni kansleri Olaf Şolts yeni hökumətdə üç kişi və dörd qadın nazir olacaəını deyib. Onun sözlərinə görə, bu da ölkədə mövcud gender vəziyyətinə uyğundur. Bu hökumətdə təhlükəsizlik güclü qadınların əlində olacaq.

Daxili İşlər Nazirliyinə Nensi Fezer, Tikinti Nazirliyinə Klara Qeyvits, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinə Svenya Şults, Səhiyyə Nazirliyinə isə Karl Lauterbax rəhbərlik edəcək

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR