• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Alp dağlarında qar uçqunu: 4 nəfər öldü

DÜNYA

09 Aprel 2023 | 18:23 | Müəllif: Subhan Mahmudov

Alp dağlarında qar uçqunu: 4 nəfər öldü

Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar günü Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin bildirib.

"Uçqun Alp dağlarında Armansette buzlaqına düşüb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər", - o, Twitter-də yazıb.

Le Dauphine qəzetinin yazdığına görə, insident yerli vaxtla saat 11:27-də (Moskva vaxtı ilə 12:27) baş verib. Qəzet xəbər verir ki, axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026