• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Amerika süni zəlzələ yaradır?

CƏMİYYƏT

07 Fevral 2023 | 12:13

Amerika süni zəlzələ yaradır?

“Zəlzələ ilə bağlı yenə “komplo teorilərinin” sayı artıb. “Versiyalar"dan biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb, guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ üzrə mütəxəssislər bu versiyanı rədd edirlər:

“Alimlərdən biri 7 gücündə zəlzələ yaratmaq üçün İkinci Dünya müharibəsində Yaponiyanın Hirosima şəhərinə atılan atom bombasından yüz minlərlə lazım olduğunu deyib. Dünyada süni surətdə zəlzələ yaratmaq üçün enerji yoxdur. Zəlzələlər yerin yüz kilometrliklərlə dərin qatlarında baş verir”.

E.Şahinoğlu bildirib ki, ABŞ dünyanın ən güclü dövləti sayılır:

“Ancaq dünyanın super dövləti belə süni surətdə zəlzələ, sunami yarada bilməz. Amerikanın belə bir gücü olsaydı, birinci Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, zəlzələyə dözümlü binaların tikintisi və digər binalarının möhkəmləndirilməsi barədə düşünülməlidir. Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar hasar görmür, çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Ancaq Yaponiya kimi ölkə də sunamiyə təslim oldu və sahildəki “Fukusima” atom elektrik stansiyası zərər gördü".

"Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyası inşa edilir. Əsas məsələ bu stansiyasının şiddətli zəlzələyə və sunamiyə dözümlülüyünü təmin etməkdir”, - deyə Elxan Şahinoğlu əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026