• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ana və 12 yaşlı oğlunu MAŞIN VURDU

HADİSƏ

07 Dekabr 2023 | 12:13

Ana və 12 yaşlı oğlunu MAŞIN VURDU

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Badaşqann və Hacıvar kəndləri arasında olan yolda qeydə alınıb.

Avtomobil yolunu qarşı tərəfə keçən Badaşqa kənd sakini - 1987-ci il təvəllüdlü Əzimli Əfsanə Adil qızını və onun övladı 2011-ci il təvəllüdlü Əzimli Tahir Sübhan oğlunu vurub. Onlar xəsarət alaraq əvvəlcə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, daha sonra isə Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR