• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ANAMA əməkdaşları Qarabağa səfər edib

CƏMİYYƏT

16 Avqust 2024 | 12:09 | Müəllif: Əli Hüseynov

ANAMA əməkdaşları Qarabağa səfər edib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun Cəbrayıl və Laçın rayonlarına səfəri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İşçi qrupun üzvləri Cəbrayıl rayonunda minatəmizləmə əməliyyatları ilə tanış olublar, icra edilən layihələrin gedişatını izləyiblər.

Səfər çərçivəsində Laçın rayonunda işçi qrupun növbəti iclası keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026