"SİMA yeni rəqəmsal imzanın inteqrasiyası sürətlənib. Beləliklə ASAN Xidmətə dəxli olmayan ASAN İmzanın inhisarçılığına son qoyula bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz bildirib.
O qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ASAN Xidmət və Elektron Hökumətin İnkişafı Mərkəzi ilə birgə tez bir zamanda mövcud xidmətlərin, xüsusilə də dövlət xidmətlərinin SİMA-ya inteqrasiyası üçün ciddi işlər görülür: "Artıq “ASAN Login” sisteminə də qoşulub. SİMA-nın ASAN-a inteqrasiyasi o deməkdir ki, artıq müxtəlif dövlət sistemlərinə, 80-dən çox dövlət portallarına girişlə bağlı vətəndaşlar daha asan və sadə bir identifikasiya alətinə malik olub".
O.Gündüzün sözlərinə görə, hələ də problemlər qalır: "Vətəndaş bütün dövlət xidmətlərini SİMA ilə əldə edə bilməyəcək, sənədlərini SİMA ilə imzalaya bilməyəcək. Ciddi problemlər qalır. Xidmətlərin özünün SİMA-ya inteqrasiyası hələ yeni başlayıb. Düşünürəm ki, vətəndaşlar yalnız bundan sonra SİMA-nın üstünlüyünü, real faydasını görə biləcəklər".
Ramid İbrahimov
















