• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə dəyişdi

GÜNDƏM

18 May 2021 | 18:50

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə dəyişdi

Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Əsasnamənin 1.2.1-ci bəndinə dəyişiklik edilib.

Dəyişikliklə “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini, bu barədə inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə (qısa mesaj - SMS vasitəsilə) və elektron ünvanına (olduğu halda) məlumat verilməsini təmin etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026