• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Avropa çempionatı: Azərbaycan karateçiləri 4 medal qazanıblar

İDMAN

26 Mart 2023 | 00:50 | Müəllif: Subhan Mahmudov

Avropa çempionatı: Azərbaycan karateçiləri 4 medal qazanıblar

Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) finalda uduzaraq, ikinci yerlə kifayətləniblər.

Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc medal görüşündə qalib gəlməklə fəxri kürsüyə qalxıblar. Fidan Teymurova (50 kq) turniri 5-ci pillədə başa vurub.

Qeyd edək ki, Avropa çempionatına 48 ölkədən 468 idmançı qatılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026