• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanıldı

HADİSƏ

17 Aprel 2024 | 11:14

Avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyən olunub
Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

29 Aprel 2024