• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Aylardır duru yemək yeyən kişinin dilində tüklər çıxdı 

DÜNYA

15 Mart 2022 | 16:54 | Müəllif: Qalib İbrahimoğlu

Aylardır duru yemək yeyən kişinin dilində tüklər çıxdı

50 yaşlı kişi xəstəxanaya qəribə simptomlarla çatdırılıb. Onun dili qaralıb, üzərində tüklər çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, nadir kliniki tibbi hadisə Hindistanda baş verib.

Həkimlər pasiyentə lingua villosa nigra – qara tüklü dil diaqnozu qoyublar.

Məlum olub ki, 3 ay əvvəl insult keçirən kişi iflic olduğu üçün çeynəyə bilmədiyindən yalnız sulu, duru qidalar qəbul edib. Nəticədə xəstənin dilinin səthinin təbii təmizlənməsi baş verməyib (Bakupost.az). Qaralan dilin üzərində olan ucluqların üzərində dərinin ölü hüceyrələrindən tükə bənzər uzun saplar əmələ gəlib. Orda bakteriyalar kök salıb.

Kerala ştatının Koçi şəhər xəstəxanasının həkimləri xəstənin dilinin təmizlənməsi prosedurlarını aparıb, ağız gigiyenası edərək, qidalanmasını dəyişiblər.

Həkimlər qara dilin antibiotiklərdən, siqaretdən, kofe və alkoqoldan, bəzi xəstəliklərdən ola biləcəyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026