• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İlon Mask “Twitter”in bütün səhmlərini almaq istəyir

DÜNYA

14 Aprel 2022 | 15:57

İlon Mask “Twitter”in bütün səhmlərini almaq istəyir

“Tesla” və “SpaceX” şirkətinin sahibi İlon Mask “Twitter”in bütün hissələrini almaq istəyir. 

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mask hər bir səhm üçün 54,20 dollar təklif irəli sürüb.

Maskın bu addımından sonra sosial şəbəkənin səhmləri 12,3 faiz bahalaşıb, “Tesla”nın səhmləri isə 1,5 faiz ucuzlaşıb. 

Mümkün sövdələşmələr 43 milyard dollar dəyərində qiymətləndirilir. 

Qeyd edək ki, bu yaxınlarda İlon Mask  “Twitter”dən təxminən üç milyard dollara qədər səhmlər alıb və şirkətin səhmlərinin 9,2 faizinə sahib olub. Onun hazırda 260 milyard dollar sərvəti var. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026