• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

İQTİSADİYYAT

12 Noyabr 2025 | 22:27 | Müəllif: Subhan Mahmudov

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Bakıvaxtı.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu işlərin davamı kimi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi işləri aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı bir müddət əvvəl başladığı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Ramco" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalöə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, QSC-yə 6.889 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Ramco" QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Abdullayev Rövşən Hüseyn oğludur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026