• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan Ayda stansiyanın tikintisinə kömək edəcək

İQTİSADİYYAT

09 Oktyabr 2023 | 22:20 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Ayda stansiyanın tikintisinə kömək edəcək

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri layihə üzrə əməkdaşlıq sazişi imzalayıblar.

Hər iki tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqram üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Bildirilib ki, bu günə kimi proqrama Azərbaycandan əlavə, Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin “Nano-SPACE” şirkəti də Beynəlxalq Elmi Stansiyanın tikintisi layihəsinə qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026