• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan əsilli güləşçi Ukrayna prezidenti ilə görüşdü – FOTO

İDMAN

18 Avqust 2021 | 00:07 | Müəllif: Subhan Mahmudov

Azərbaycan əsilli güləşçi Ukrayna prezidenti ilə görüşdü – FOTO

Ukrayna prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında çıxış etmiş ölkənin Olimpiya yığmasını qəbul edib. Qəbulda yunan-roma güləşü üzrə 67 kq çəki dərəcəsində Olimpiadanın gümüş medalını qazanan 23 yaşlı həmyerlimiz Pərviz Nəsibov da iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan əsilli idmançı özünün “Instagram” səhifəsində məlumat verib.

O, səmimi görüşə və çəkdikləri zəhmətə qarşılıq verilən dəyərə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezidentlə şəxsi tanışlığını özü üçün şərəf saydığını vurğulayan Pərviz, Zelenskinin iştirakı ilə Ukraynanın işıqlı gələcəyinin və çiçəklənməsinin təmin olunduğuna inandığını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026