• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan-Özbəkistan regionlarının üçüncü forumu keçiriləcək

SİYASƏT

23 Avqust 2024 | 13:12

Azərbaycan-Özbəkistan regionlarının üçüncü forumu keçiriləcək

Biz Prezident İlham Əliyevlə razılaşdıq ki, ayrıca yol xəritəsi qəbul edək, regionların üçüncü forumunu keçirək, turizm kompleksləri yaradaq.

Baklvaxtı.az xəbər verir ki, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

Şavkat Mirziyoyev deyib ki, son illər Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənib: “Parlamentlər, nazirliklər arasında əlaqələr genişlənib. Hökumətlərarası komissiyaların iclasları mütəmadi keçirilir, forumlar, sərgilər təşkil olunur. Çox şadam ki, Prezident İlham Əliyev bizim görüşümüzə Azərbayсanın biznes liderlərini dəvət edib. İnanıram ki, bunun çox ciddi nəticələri özünü çox gözlətməyəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026