• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan səfiri Banqladeş prezidentinə etimadnaməsini təqdim edib

SİYASƏT

21 Oktyabr 2024 | 17:48

Azərbaycan səfiri Banqladeş prezidentinə etimadnaməsini təqdim edib

Azərbaycanın Banqladeşə yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli oktyabrın 21-də bu ölkənin Prezidenti Məhəmməd Şahabuddinə etimadnaməsini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Ölkələrimiz ikitərəfli dostluq əlaqələri saxlayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Münasibətlərimizi daha da dərinləşdirmək üçün bu fürsəti əldə etməkdən şərəf duyuram”, - diplomat vurğulayıb.

Səfir digər paylaşımında bildirib ki, bu gün Banqladeşin ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı və iqlim dəyişikliyi nazirliyinin müşaviri (nazir vəzifəsini icra edən) və tanınmış ətraf mühit hüquqşünası Sayeda Rizvana Həsənlə görüşündə Bakıda keçiriləcək COP29 konfransını, o cümlədən iqlim dəyişikliyinin ən kəskin məsələlərini müzakirə edib.

Banqladeş KİV-i öz növbəsində məlumat verib ki, ölkə Prezidenti Məhəmməd Şahabuddin E.Hüseynlini qəbul edərkən bildirib ki, Banqladeş Azərbaycanla ticarət və investisiya da daxil olmaqla müxtəlif sahələrdə qarşılıqlı və çoxtərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.


Azərbaycan səfiri Banqladeş prezidentinə etimadnaməsini təqdim edibAzərbaycan səfiri Banqladeş prezidentinə etimadnaməsini təqdim edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026