• Bakı 14° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

SİYASƏT

20 Noyabr 2024 | 16:16

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

"Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Şimal-cənub və Orta Dəhlizi dəstəkləyəcəyini düşündüyümüz koridorla bağlı layihələr həyata keçiririk. Yəni Fars körfəzindən başlayaraq 1200 km ilə Türkiyəyə gələcək və buradan Avropaya və Türkiyə içərisində də Orta Dəhlizə bağlanması ilə bağlı layihələrimiz var”- Uraloğlu qeyd edib.

O vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir.

"Bu istiqamətdə Azərbaycan tərəfi ilə sürətli formada proseslərə davam edirik. Dəhlizin Ermənistan və ya İran tərəfi olmaqla haradan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək. Sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə gələcək. Türkiyədə də layihəmizi bitirdik, tenderimizi etdik, qarşıdakı günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - deyə nazir bildirib.

 


SON XƏBƏRLƏR

20 Noyabr 2024