• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan səfiri Keniyanın Baş naziri ilə görüşüb

SİYASƏT

30 Noyabr 2023 | 13:12

Azərbaycan səfiri Keniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev bu ölkənin Baş naziri və eyni zamanda xarici işlər və diaspora naziri Musalia Mudavadi ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, səfir Hacıyev Azərbaycan Respublikasının ərazilərinin 30 illik işğaldan azad edilməsi nəticəsi olaraq regionda sülh və əməkdaşlıq üçün unikal fürsətin yaranması, Azərbaycan tərəfinin bu fürsətdən istifadə edilməsi üçün səyləri haqqında müqabil tərəfə məlumat vermişdir. Bu xüsusda, mina təmizləmə proseslərinin bərpa və yenidənqurma proseslərinə mənfi təsiri xüsusilə qeyd edilib.

Görüşdə əsas mövzulardan biri tərəflərin dinamik inkişafda olan əməkdaşlıq əlaqələrinin orta və uzun müddətli məqsəd və prioritetlərinin nəzərdən keçirilməsi və onların bir necəsinin daha da inkişaf etdirilməsi üzrə əməli tədbirlərin əhəmiyyətini əhatə edib. Görüş zamanı 2024-ci ildə Keniya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edilməsi iki dost ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi, onun yeni sahələri ehtiva etməsi üçün münbit şərait yaradacağı qeyd edilib.

Bu xüsusda, Azərbaycan və Keniya arasında həm işgüzar, həm də turizm məqsədli səfərlərin təşkili, bunun üçün müvafiq inzibati məsələlərin həllinin vacibliyi qeyd olunub. Keniya Respublikasının müvafiq nümayəndə heyətlərinin son zamanlar Azərbaycanda keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirakı məmnuniyyətlə qeyd edilib, bu qəbildən olan təmasların daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Baş nazir Mudavadi və səfir Hacıyev Keniya və Azərbaycan münasibətlərinin daha da inkişaf edilməsi ilə əlaqədar fikir mübadiləsi aparıb. Qeyd edilib ki, dinamik inkişaf edən əlaqələrin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Bu, informasiya və kommunikasiya texnologiyaları, enerji, turizm, investisiya, kiçik və orta biznesin əməkdaşlığı, ticarət, mədəniyyət, idman və bir çox digər sahələrdə özünü büruzə verir. Bu əlaqələrin inkişafında tərəflərin maraqlı olduğu bildirilərək, mövcud olan, və o cümlədən yuxarıda qeyd edilmiş sektorlar üzrə tərəfdaşlığın yaxın gələcəkdə daha da fəallaşacağına üvün növbəti addımlar nəzərdən keçirilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024