• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Azərbaycan və Tacikistan arasında birbaşa aviareyslər açılacaq

İQTİSADİYYAT

30 Avqust 2024 | 00:32

Azərbaycan və Tacikistan arasında birbaşa aviareyslər açılacaq

Bakıda Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib, görüşdə iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsi qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı elektron hökumətin və rəqəmsal texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi, regional nəqliyyat kommunikasiyaları çərçivəsində əməkdaşlığın əlaqələndirilməsi məsələləri müzakirə edilib, o cümlədən Orta Dəhliz üzrə yük axınının artırılması məsələsinə toxunulub.

Qurumdan verilən informasiyaya görə, görüşün digər mövzusu Düşənbə-Bakı-Düşənbə marşrutu üzrə uçuşların bərpası olub.

“Abdurahmon və Nəbiyev həmçinin bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Tacikistanın sənaye seqmenti nümayəndələrinin iştirakını müzakirə ediblər”, - məlumatda deyilir.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024