Azərbaycanda bu ilin əvvəlində dizelinvə “Aİ-92” markalı benzininqiymətiqaldırlandaTarifŞurası qeydetmişdiki, artırılanməbləğ benzininvə dizelinsaflaşdırlmasınavə keyfiyyətininyüksəldilməsinə sərfediləcəkdir. Lakin, dizel və “Aİ 92” benzinin tərkibində heç bir dəyişiklik edilməyib. Qeyd edilən yanacaqların keyfiyyəti aşağı olduğundan insanların əksəriyyəti “Aİ-95” benzini işlətməyə məcburdur.
Amma sirr deyil ki, premium benzinlə işləyən müasir avtomobillərə Azərbaycanda “Aİ-92” beniz tökürlər.Nəticədə avtomobilin mühərrikinin ömrü qısalır, sürücülər ustalarda qalır və ölkəyə avtomobil ehtiyat hissələri gətirən monopolistlər daha çox qazanırlar.
“SOCAR Petroleum” QSC-dən bildirilib ki, ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.
İqtisadçı-ekspert Toğul Vəliyev Bakıvaxtı.az-a bildirib ki, 2021-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın idxal etdiyi “Aİ-95” markalı benzinin 61%-i Rusiyanın payına düşüb: “Bu ilin əvvəlindən müvafiq benzin markasının pərakəndə satış qiyməti Azərbaycanda 28% artıb (1,25-dən 1,60-a kimi).
Eyni dövrdə, Rusiyada orta pərakəndə satış qiyməti isə 7% artıb. Düzdür, sentyabrın 1-nə artım bir qədər yüksək idi (7,5-8%). Amma 14 gün ərzində benzinin satış qiyməti düşüb”.
Qeyd edək ki, dünyada neftin qiymətinin ən yüksək qiymətdən təxminən 50 faiz azaldığı halda (Qeyd: Neftin qiyməti 120 dollardan yuxarı olduğu vaxtlarda “Aİ-95” 1 manatdan da ucuz idi) “Aİ 95”in qiymətinin artması yolverilməzdir. “Aİ-95”in ölkəyə idxal edilməsində monopoliya aradan qaldırılmalıdır. “Aİ-95”in qiyməti bazar qiymətinə uyğun tənzimlənməlidir.
















