• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Azərbaycanda cari əməliyyatlar balansının qalığı AZALDI

İQTİSADİYYAT

08 Iyun 2023 | 15:38

Azərbaycanda cari əməliyyatlar balansının qalığı AZALDI

Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ümumi qalığı 3 milyard 376,2 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır.

Ümumi qalıq ölkənin xarici ticarət balansındakı 4 milyard 720,7 milyon dollarlıq qalıq (13,3 % az), xidmətlər balansındakı 686,8 milyon dollarlıq kəsir (9,5 % çox), ilkin gəlirlər balansındakı 955,9 milyon dollarlıq kəsir (0,6 % az) və təkrar gəlirlər balansındakı 298,2 milyon dollarlıq qalıq (3,1 dəfə çox) hesabına formalaşıb.

“Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 18,9 %-ni təşkil edib. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in qalığı 7,6% azalaraq 5,1 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 10,3 % artaraq 1,7 milyard ABŞ dollarına çatıb", - deyə AMB bəyan edib.


SON XƏBƏRLƏR