Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb
Bakıvaxtı.az xəbər verir ki, Qusar şəhər 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Naida Yarəhmədova Namiqovna yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib,
Həkimlərin səyinə baxmayaraq o vəfat edib.
Qeyd edək ki, şagirdin qızılcadan öldüyü ehtimal olunur.

















