• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda tələbələrin sayı açıqlandı

CƏMİYYƏT

08 Sentyabr 2022 | 15:15

Azərbaycanda tələbələrin sayı açıqlandı

“Hər il ali təhsil müəssisəsinə 54 min tələbə qəbul olur. Bizim yaxın gələcək üçün ali təhsilin əlçatanlığını və əhatəliyinin artırılması üçün hədəfimiz var”.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli  “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda bildirib.

O qeyd edib, nazirlik gələn il 57 min nəfərin, 2024-cü ildə 60 min nəfərin, 2026-cı ildə 70 min nəfərin tələbə adını qazanmasını hədəfləyib. 

N.Məmmədlinin sözlərinə görə, beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin artırılması da nazirliyin hədəfidir. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026