• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycandan Türkiyəyə qaz ixracı artırılacaq

İQTİSADİYYAT

26 Yanvar 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

Azərbaycandan Türkiyəyə qaz ixracı artırılacaq

Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. 

O bildirib ki, Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq:

“Bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026