• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olundular

DÜNYA

08 Fevral 2022 | 10:45

Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olundular

Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Məlumata görə, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar.

Bildirilib ki, İrəvana qayıdan 8 hərbçidən 6-sı artıq sərbəst buraxılıb. Digər iki nəfərin işi isə hərbi polisə tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR