• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zelenskinin ailəsi haradadır? - Prezident AÇIQLADI

DÜNYA

10 Mart 2022 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

Zelenskinin ailəsi haradadır? - Prezident AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski ailəsinin harada olması barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Zeit” qəzetinə müsahibəsində bəhs edib.

Onun sözlərinə görə, ailəsi Rusiyanın hücumundan bu günə kimi ölkəni tərk etməyib.

“Mənim ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm”, - Zelenski təhlükəsizlik baxımından bunu sirr saxlayıb (report.az).

Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ-ın digər dövlət orqanlarının Ukrayna Prezidenti Volodimir Zelenski və komandası üzvlərinin ölkəni tərk etməyə məcbur olacağı təqdirdə tədbirlər planı hazırlamağa başladığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026