• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kiyev vilayətində güllələnmiş 132 sakinin cəsədləri tapıldı

DÜNYA

08 Aprel 2022 | 23:26 | Müəllif: Subhan Mahmudov

Kiyev vilayətində güllələnmiş 132 sakinin cəsədləri tapıldı

Kiyev vilayətinin Makarov qəsəbəsində güllələnmiş 132 sakinin cəsədləri tapılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu qəsəbənin başçısı Vadim Tokar bildirib.

"Biz Rusiya ordusu tərəfindən güllələnmiş 132 mülki şəxsin cəsədlərini aşkarlamışıq" - deyə Tokar bildirib.

Qəsəbə başçısının sözlərinə görə, burada münaqişəyə qədər 15 000 nəfər yaşayırdı. Döyüşlərin şiddətli mərhələsində qəsəbədə min nəfər qalmışdı. Hazırda azad edilmiş yaşayış məntəqəsində tibb briqadası işləyir.

Tokarın sözlərinə görə kəndin 40%-i tamamilə dağıdılıb. Bombalanma nəticəsində xəstəxana, uşaq bağçası və evlər məhv olub. Ərazi minalardan təmizləndikdən sonra qəsəbəyə qaz və elektrik verilməsi bərpa olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026