Dünyanın ən böyük tütün istehsalçılarından biri olan “Philip Morris İnternational” (PMI) Rusiyada planlaşdırılan investisiyaları və yeni məhsul buraxılışlarını dayandırır,
Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qeyd olunub ki, şirkət, eyni zamanda, tədarük zəncirindəki fasilələr səbəbindən istehsal həcmini azaldır.
Şirkətdən o da bildirilib ki, Rusiyadakı işçilərini dəstəkləməyə və onlara maaş verməyə davam edəcək.
Ramid İbrahmov
















