Çində koronavirusa yoluxma sayında yenidən artım müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Səhiyyə Komissarlığının məlumatlna görə, son sutkada Çində COVID-19-a 1114 yeni yoluxma aşkar edilib. Bu, 1 gün əvvəllə müqayisədə 2 fəfə çoxdur.
Məlumata görə, yoluxanların 277-si xaricdən gələnlərdir. 528 nəfərdə qızdırma və öskürək qeydə alınıb. 526 nəfər simptomsuz xəstədir. Ölkədə ağır vəziyyətdə olan 7 koronavirus xəstəsi var.
Çində yanvarın 25-dən sonra koronavirusdan ölüm qeydə alınmayıb.
















