• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılır?

CƏMİYYƏT

16 Sentyabr 2022 | 17:34

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılır?

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.

Onun sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: “Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır: “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026