• Bakı 14° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Bağda güclü partlayış - Ali Koçun evi yanıb kül oldu 

CƏMİYYƏT

05 Noyabr 2025 | 17:51

Bağda güclü partlayış - Ali Koçun evi yanıb kül oldu 

İş adamı Ali Koça məxsus olduğu iddia edilən üzüm bağında güclü partlayış və yanğın baş verib.

Bakıvaxtı.az bildirir ki, hadisə nəticəsində ev tamamilə yararsız hala düşüb, lakin xəsarət alan olmayıb.

Məlumata görə, gecə saatlarında Umurlu məhəlləsində baş verən partlayışdan sonra yanğın qısa zamanda üzüm bağını bürüyüb. Güclü külək alovun daha da sürətlə yayılmasına səbəb olub.

Əraziyə dərhal yanğınsöndürənlər, təcili yardım briqadaları və jandarma qüvvələri cəlb edilib. Alov nəzarət altına alınıb və söndürülüb.

Məlumata görə, hadisə zamanı ev sahibləri çöldə olduqları üçün itki baş verməyib. Hazırda partlayışın səbəbi ilə bağlı araşdırma aparılır./Milli.az/


SON XƏBƏRLƏR