• Bakı 18° C

    12.87 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

"Bakı inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpüdür" - Nazir

İQTİSADİYYAT

20 Aprel 2024 | 05:26

Bakı inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpüdür - Nazir

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Associated Press” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı zəngin ölkələrin istiləşməyə daha az töhfə verən, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yoxsul ölkələrə necə maliyyə yardımı göstərilə biləcəyi ilə bağlı ortaq nöqtələrin tapılacağı yerdir.

"Bakı konfransı mədən yanacaqlarından imtinaya dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. Bu payız toplantısı ölkələrə 2025-ci ildə istixana qazı emissiyalarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün birləşməyə kömək etməlidir".


SON XƏBƏRLƏR

02 May 2024