• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı metrosunda qatarların hərəkəti ləngiyir

CƏMİYYƏT

20 Oktyabr 2023 | 19:18 | Müəllif: Subhan Mahmudov

Bakı metrosunda qatarların hərəkəti ləngiyir

"Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinində müvafiq işarəvermə sistemi işə düşüb.

“Bakı Metropoliteni” QSC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinist yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb.

“Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb”, - məlumatda qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026